DÜNYA

12 May

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyətinin müddəti artırılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkənin cənubuna və mərkəzi hissəsinə uçuşlara məhdudiyyətlərin növbəti dəfə uzadıldığını elan edib.

Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi 19 may 2022-ci il, Moskva vaxtı ilə saat 3:45-ə qədər uzadılıb.

Söhbət Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistadan gedir.

Aviaşirkətlərə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvadan keçməklə alternativ marşrutlar qurmaq tövsiyə edilir.

Ölkənin qalan hava limanları müntəzəm olaraq ştat rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 24-dən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladığı gündən cənub və mərkəzi bölgələrə uçuşlara məhdudiyyət qoyulub.

© APA