DÜNYA

12 May

Yaponiyada hər bir vətəndaşa 76 min dollar dövlət borcu düşür

Yaponiyanın ümumi dövlət borcu 2021-ci maliyyə ilinin sonunda (31 mart 2022-ci il) ölkə tarixində ən böyük məbləğə - 1 241,3 trilyon yenə (cari məzənnə ilə 9,5 trilyon dollardan çox) çatıb.

Bu barədə Maliyyə Nazirliyi xəbər verib.

Bildirilir ki, borc altı ildir ki, artmaqda davam edir.

Beləliklə, hazırda Yaponiyanın hər bir sakininin təxminən 9,9 milyon yen (təxminən 76 min dollar) dövlət borcu var.

Bu, ölkənin ümumi daxili məhsulunun həcmindən 2,6 dəfə çoxdur.