DÜNYA

12 May

Səudiyyənin neft nəhəngi Apple-ı taxtdan saldı

Səudiyyənin neft şirkəti Saudi Aramco Apple-ı devirərək dünyanın ən dəyərli şirkəti oldu
FactSet məlumatlarına görə, Səudiyyənin neft nəhəngi Aramco-nun bazar dəyəri çərşənbə günü 2,43 trilyon dollar olub.

"Fins.az"  xəbər verir ki, ABŞ-dakı əməliyyatlarda 5% ucuzlaşan Apple-ın bazar dəyəri 2,37 trilyon dollara düşüb.

İnvestorlar iqtisadiyyatların daha da pisləşəcəyi qorxusu ilə bir çox sektorda, xüsusilə texnologiyada satış edərkən, enerji payları və qiymətləri artmağa davam edir.

Apple səhmləri yanvarın 4-də pik həddinə çatdıqdan sonra 20 faizə yaxın azalaraq 182,94 dollara düşüb. Aramco-nun səhmləri ilin əvvəlindən 27 faizdən çox artıb. Neftin qiymətinin qalxması ilə şirkət ötən il qazancını iki dəfə artırıb.

Müəllif: Aynur Qəniyeva