DÜNYA

10 May

Ukrayna iqtisadiyyatı nə qədər kiçiləcək?

Ukrayna iqtisadiyyatının bu il 30% kiçiləcəyi proqnoz edilir.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş "Regional İqtisadi Perspektivlər" adlı hesabatında qeyd olunub.

Məlumata görə, gələn il ölkədə iqtisadi artım 25% təşkil edəcək.

Hesabata əsasən, ötən il Ukrayna iqtisadiyyatı 3.4% böyüyüb.