DÜNYA

10 May

Suriyaya 10,5 milyard dollar lazımdır

“Suriyaya yardım üçün bu il 10,5 milyard dollar toplanmalıdır”.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçülərindən biri olan Fərhan Haq mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, Suriyada davam edən müharibə səbəbilə 26,5 milyon insanın humanitar yardıma ehtiyacı var.

Haq, 10,5 milyard dolların 4,4 milyard dollarının Suriya daxilində, 6,1 milyard dollarının isə suriyalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün istifadə ediləcəyini bildirib.