Endi Uorholun Merilin Monronun portreti 195 milyon dollara satılıb. Merilin Monronun portreti 20-ci əsrin ən bahalı sənət əsəri olub.
"Fins.az" xəbər verir ki,Amerikalı rəssam Endi Uorholun pop-art hərəkatının öncüllərindən olan Merilin Monronun portreti 195 milyon dollara satılıb.
Nyu-Yorkdakı Christie's hərracında "Vurulmuş Sage Blue Merilin" portreti satışa çıxarılıb.
Uorholun 1960-cı illərdə rəssam Merilin Monronun portretlərindən biri olan tablo 195 milyon dollara satılaraq 20-ci əsrin ən bahalı sənət əsəri olub.
Qeyd edək ki, Uorholun Merilin Monronun portreti İtaliyanın məşhur İntibah rəssamı Leonardo da Vinçinin 450 milyon dollara satılan “Salvator Mundi” əsərindən sonra dünyanın ən bahalı ikinci sənət əsəri olub.