DÜNYA

04 May

Macarıstandan Rusiya embarqosuna veto

Macarıstanın dövlət naziri Gerqeli Qurqas bəyan edib ki, Macarıstan hökuməti Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləmir.
"Fins.az"xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırdığı bir vaxtda birlik daxilində ayrılma meyilləri eşidilir.

Macarıstanın dövlət naziri Gergely Gurgas bildirib ki, Macarıstan Rusiyaya qarşı enerji embarqosuna veto qoyacaq. Qurqas bəyan edib ki, Macarıstan Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləmir.

Bloomberg mənbələrinin məlumatına görə, Avropa İttifaqı Rusiya nefti ilə bağlı təklif təqdim etməyə hazırlaşır ki, bu da il ərzində idxalın mərhələli şəkildə məhdudlaşdırılmasını və ilin sonunda isə tamamilə qadağan edilməsini nəzərdə tutur.

Bloomberg xəbərinə görə, sanksiya qərarı AB səfirlərinin bir araya gələcəyi toplantıda verilə bilər. Bununla belə, Aİ-nin altıncı sanksiya paketi olacaq təklifin hələ də aydın olmadığı və rəsmi təklif kimi təqdim edilmədən dəyişdirilə biləcəyi bildirilir.