DÜNYA

02 May

İran və Venesuela enerji sahəsində əməkdaşlığı genişləndirirlər

İran və Venesuela arasında bu gün enerji sektoru üzrə bir sıra sazişlər imzalana bilər.

"Bloomberg" xəbər verir ki, İranın neft naziri Cavad Övcinin başçılıq etdiyi İran nümayəndə heyətinin Venesuelanın enerji üzrə nümayəndə heyəti ilə saziş imzalayacağı gözlənilir.

Əlavə edək ki, İran və Venesuela ABŞ sanksiyalarına məruz qalır. Bunun fonunda hər iki tərəf əməkdaşlığı genişləndirib.