DÜNYA

02 May

Turistlərin sayı artıb

2022-ci ilin birinci rübündə Türkiyəni 6 milyon 311 min 453 turist ziyarət edib. Onlardan 4 milyon 902 min 624-ü əcnəbilər, 1 milyon 408 min 829-u isə xaricdə yaşayan türklərdir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu dövrdə ölkənin turizm sektorundan əldə etdiyi gəlir 5 milyard 454 milyon 488 min dollar olub. Bu göstəricilərlə ölkə turist sayına görə pandemiyadan əvvəlki rəqəmlərə çatıb. 2022-ci ilin birinci rübündə Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 151,02 faiz artıb.

© hürriyet