DÜNYA

29 Aprel

Avrozonada inflyasiya son 6 ayın rekordunu yeniləyib

Avrozonada inflyasiya rekordları qırmaqda davam edir. Mart ayında 7,4% olan illik inflyasiya, gözləntilərə uyğun olaraq aprel ayında 7,5%-ə yüksəldi.
"Fins.az"xəbər verir ki, Avropa Statistika İdarəsinin məlumatına görə, aprel ayında avro zonasında istehlak qiymətləri indeksi (CPI) aylıq bazda 0,6% artıb.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablaması 0,5% təşkil edib. İllik müqaisədə 7,4 %-dən 7,5 %-ə yüksəlib. Beləliklə, inflyasiya 6 ay dalbadal rekord həddə yüksəlib. 

Müəllif: Aynur Qəniyeva