Rusiyanın enerji şirkəti "Qazprom"un 2021-ci ildə xalis mənfəəti 2020-ci ilin analoji dövrü ilə müqaisədə 2,09 trilyon rubla yüksəlib və tarixin ən yüksək səviyyəsinə çatıb.
"Fins.az"xəbər verir ki, "Qazprom"-un verdiyi açıqlamaya görə, şirkətin gəlirləri əvvəlki ilə nisbətən 62% artaraq 10,2 trilyon rubla çatıb.
"Fins.az"xəbər verir ki, sözügedən dövrdə şirkətin xalis mənfəəti 135 milyard rubldan 2,09 trilyon rubla (təxminən 29 milyard dollar) yüksələrək tarixi rekorda imza atıb.
Açıqlamada şirkətin investisiya məbləğinin bu il rekord səviyyədə artaraq 2,3 trilyon rubl səviyyəsinə çatacağı bildirilib.Dünyanın ən böyük təbii qaz istehsalçısı olan "Qazprom" Avropanın təbii qaz ehtiyacının təxminən 40 faizini ödəyir.
Qeyd edək ki, Avropada Kovid-19 pandemiyasından sonra iqtisadiyyatların sürətlə inkişafına görə,keçən il təbii qaz qiymətləri rekord həddə çatmışdı.