Amerika Birləşmiş Ştatlarının “Apple” şirkətinin 2022-ci ilin ilk rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb.
"Fins.az" xəbər verir ki, bu, şirkətin cümə axşamı öz saytında dərc edilmiş hesabatlardan məlum olur.
Martın 26-da başa çatan üç aylıq hesabat dövründə Apple-ın cəmi gəliri 97 milyard 278 milyon dollar olub. 2021-ci ilin eyni dövrü üçün bu rəqəm 89,6 milyard dollara yaxın təşkil etmişdi.
Şirkətin ötən rübdə xalis mənfəəti 25,01 milyard dollar olub.
Şirkətin gəlirləri ekspertlərin gözləntilərini (93,9 milyard dollar) üstələyib.
iPhone şirkətin qabaqcıl məhsulu olaraq qalır və bu smartfonların dünya üzrə satışı ötən rübdə Apple-a 50,5 milyard dollar gəlir gətirib. Xidmətlərin satışından əldə edilən gəlir 19,8 milyard dollar, kompüter və noutbukların satışından isə 10,4 milyard dollar təşkil edib.