DÜNYA

25 Aprel

ABŞ Ukraynaya 322 milyonluq hərbi yardım ayıracaq

ABŞ Ukraynaya və daha 15 Avropa ölkəsinə 713 milyon dollar həcmində hərbi yardım ayıracaq.

Bu barədə məlumatı Kiyevdə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken və Pentaqon rəhbəri Lloyd Ostin açıqlayıb.

Məlumata görə, bu məbləğin 322 milyon dollardan çoxu Ukraynaya ayrılacaq, qalan hissəsi isə Şərqi və Mərkəzi Avropa, Balkan, eləcə də Ukraynaya silah göndərən ölkələr arasında bölüşdürüləcək.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər edib.