2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri 2, 113 trilyon dollar olub.
Bu rəqəm Stokholm Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) hesabatında əks olunub.
Sənəddə göstərilir ki, ən böyük hərbi büdcəyə malik ölkələr ABŞ, Çin, Hindistan, Britaniya və Rusiyadır. Dünyanın ümumi hərbi xərclərinin 62%-i bu ölkələrin payına düşür. Artıq 7 ildir ardıcıl olaraq dünyada hərbi xərclər artır.