Rusiyanın ən böyük özəl neft şirkəti olan "Lukoyl"un həmsahibi, prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib. "Fins.az"xəbər verir ki,bundan əvvəl Ələkbərov Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
Məlumata görə,bu gün şirkətin direktorlar şurasının sədrinə müvafiq istefalar göndərilib”, - “Lukoyl”dan bildiriblər. Şirkət qeyd edib ki, Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.
Müəllif:Aynur Qəniyeva