Çin prezidenti Xi Jinping birtərəfli və həddindən artıq sanksiyaları tənqid edib. Xi xəbərdarlıq edib ki, iqtisadi təcrid və tədarük zəncirlərini zədələmək kimi təzyiq taktikaları işləməyəcək.
"Fins.az" xəbər verir ki, Çin prezidenti Xi Jinping, Qərbin Rusiyaya qarşı sanksiyalarını birbaşa qeyd etmədən ölkəsinin birtərəfli sanksiyalara və “trans-sərhəd yurisdiksiyalarına” qarşı olduğunu bir daha təkrarlayıb.
Məlumata görə , Çin əvvəllər Rusiyaya tətbiq edilən sanksiyalar da daxil olmaqla, Qərbin tətbiq etdiyi sanksiyaları dəfələrlə tənqid etsə də, bu sanksiyaların Pekinə təsir etməsi və Moskvaya verdiyi dəstəyə çox diqqətli olmağa davam edir.
Videokonfrans vasitəsilə Boao Asiya Forumunda danışan Xi, iqtisadi təcrid və tədarük zəncirlərini zədələmək kimi təzyiq taktikalarının işləməyəcəyi barədə xəbərdarlıq edib.