DÜNYA

21 Aprel

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul etdi

ABŞ onlarla fiziki və hüquqi şəxsin daxil olduğu Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edib.

“Fins.az” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Sənədə əsasən, Rusiya Federasiyasının 29 fiziki və 40 hüquqi şəxsi ABŞ Maliyyə Nazirliyinin yeni məhdudiyyətləri altına düşüb.

Digərləri arasında, yeni məhdudiyyətlər Rusiya Federasiyası Mərkəzi Bankı sədrinin birinci müavini Kseniya Yudaeva, eləcə də “Otkritie Bank”ın idarə heyətinin sədri Mixail Zadornovu əhatə edib.