Avropa Birliyi (AB) ölkələri Rusiya gəmiləri üçün limanlara giriş qadağasını tətbiq etməyə başlasa da, neft və təbii qaz başda olmaqla bir çox mühüm məhsulların daşınması istisna edilib.
"Fins.az"xəbər verir ki, Avropa Birliyi Ukraynada başladığı müharibə ilə əlaqədar aprelin 5-də Rusiyaya qarşı 5-ci sanksiyalar paketini elan edib.
Bu çərçivədə Rusiyanın sahib olduğu və idarə etdiyi gəmilərin Aİ limanlarına girişinin qadağan edilməsi qərara alınıb. Mövzu ilə bağlı Aİ direktivi aprelin 8-də dərc olunub.
Son günlər üzv dövlətlər bir-birinin ardınca limanlarını sözügedən gəmilərə bağlamağa başlayıb.Qadağa "Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərə", o cümlədən yaxtalara və əyləncə gəmilərinə şamil ediləcək.
Rusiya ordusunun Ukraynaya hücumları başlayan fevralın 24-dən sonra Rusiya bayrağı altında başqa dövlətə üz tutan gəmilərə də qadağa qoyulacaq.
Bu çərçivədə Bolqarıstan, Rumıniya, Estoniya, Belçika və İtaliya aprelin 16-da gecə yarısından etibarən Aİ direktivini həyata keçiriblər.
Nəhayət, Yunanıstan Aİ-nin Rusiyaya qarşı sanksiyaları çərçivəsində Euboea sahillərində Rusiya neft tankerini saxlayıb.