Netflix ilin birinci rübündə 200.000 abunəçisini itirib.
"Fins.az"xəbər vetir kişirkətin dünya üzrə ümumi abunəçilərinin sayı 221,6 milyon nəfər olub. Birinci rübün nəticələrinin açıqlanmasından sonra şirkətin səhmləri 20%-ə yaxın ucuzlaşıb.
2022-ci ilin birinci rübündə Netflix abunəçilərinin sayı 200 min azalıb.
Netflix bu ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.Buna görə ilin ilk rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 10 artaraq 7,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 7,2 milyard dollar olub.
Şirkətin xalis mənfəəti isə birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 1,6 milyard dollar olub. Keçən ilin birinci rübündə Netflix-in xalis mənfəəti 1,7 milyard dollar olub.
Şirkətin səhm üzrə qazancı da eyni dövrdə 3,75 dollardan 3,53 dollara düşüb.