DÜNYA

20 Aprel

Yaponiya Rusiyadan 38 adda məhsulun idxalına qadağa qoyub

Yaponiya Rusiyadan araq, taxta məmulatları və elektrik maşınları da daxil olmaqla 38 məhsulun idxalına qadağa qoyub.
"Fins.az"xəbər verir ki, Ukraynaya qarşı müharibədən sonra Yaponiya müxtəlif sektorlarda Rusiyadan 38 məhsulun idxalına qadağa qoyub.Yaponiya hökuməti Ukraynadakı müharibədən sonra Rusiyanın iş dünyasına qarşı hərtərəfli sanksiyalarını artırır.

Qərara əsasən, spirtli içkilər, o cümlədən araq, taxta-şalban məmulatları və elektrik maşınlarının idxalı qadağan edilib. Bildirilib ki, idxalına qadağa qoyulan məhsullar 2021-ci ildə Yaponiyanın Rusiyadan ümumi idxalının 1,1 faizini təşkil edib.

İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi  sözügedən məhsullar üçün alternativ idxal yollarına üstünlük veriləcəyini açıqlayıb. Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına təsir etdiyini bildirib.

“Yaponiya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək böhranın genişlənməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir”, - Matsuno bildirib.