Rusiya bayrağı altında üzən “Pegas” adlı neft tankeri Yunanıstanın Evbey adasında saxlanılıb.
“Fins.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, tanker Aİ və NATO tərəfindən Rusiyanın maraqlarını təmsil edən gəmilərə qarşı tətbiq edilən sanksiyalar çərçivəsində Karistos limanında saxlanılıb.
Gəminin göyərtəsində 19 rusiyalı dənizçinin olduğu bildirilir.
Məlumata görə, sanksiyalar gəminin yükünə deyil, gəminin özünə şamil olunub.