DÜNYA

19 Aprel

Dünya Bankı qlobal artım proqnozunu aşağı salıb

Dünya Bankı Ukrayna müharibəsinə görə qlobal iqtisadi artım proqnozunu aşağı salsa da, böhrana cavab vermək üçün 2023-cü ilin iyun ayına qədər olan dövrü əhatə edəcək 170 milyard dollarlıq paketin aktivləşdirilməsini müzakirə edəcəklərinə işarə edib. 

"Fins.az"xəbər verir ki, Dünya Bankı Rusiyanın Ukraynaya təcavüzündən sonra bu il qlobal iqtisadi genişlənmə ilə bağlı proqnozunu aşağı salıb. Bank Covid-19 pandemiyası dövründən ölkələr üçün müxtəlif böhranlarla mübarizə aparmaq üçün daha böyük bir maliyyə paketi səfərbər etməyi planlaşdırır.

Dünya Bankının prezidenti David Malpass bazar ertəsi günü Vaşinqtonda yerləşən qurumun 2022-ci il üçün qlobal artım proqnozunu yanvar ayındaki 4,1%-dən 3,2 %-ə endirib.

Rusiya və Ukrayna da daxil olmaqla, Avropa və Mərkəzi Asiya üzrə proqnozlar aşağıya doğru reviziyada təsirli olub. Malpass xatırladıb ki, keçən il dünya üzrə yüzdə 5,7 artım əldə edilib.

Dünya Bankının prezidenti bəyan edib ki, yaxın həftələrdə bankın idarə heyətinin iclasında təxminən 170 milyard dollar dəyərində olan yeni 15 aylıq böhran maliyyələşdirmə paketi ilə bağlı müzakirələr aparılacaq. Dünya Bankı Covid-19 pandemiyası zamanı 157 milyard dollar vəsait səfərbər edib.