Rusiya Türkiyədən bibər, nar, üzüm, portağal və qreypfrut idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
"Fins.az"xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarını Müdafiə Xidməti (Rospotrebnadzor) tərəfindən verilən yazılı açıqlamada Türkiyədən müxtəlif kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığı bildirilib.
Açıqlamada Türkiyədən bibər, nar, üzüm, portağal və qreypfrut idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığı açıqlanıb.