Avropa İttifaqı üzv ölkələrə bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin "dost olmayan ölkələrə" rublla qaz ödənişləri etmək qərarı sanksiyaların pozulması deməkdir.
"Fins.az"xəbər verir ki, Avropa İttifaqı öz üzvlərinə rublla qaz ödənişləri ilə bağlı xəbərdarlıq edib.
Bloomberg-in hesabatına görə, Avropa İttifaqı Komissiyası Rusiya prezidenti Vladimir Putinin dost olmayan ölkələrdən rublla qaz ödənişləri tələb etməsi ilə bağlı təhlili üzv ölkələrə təqdim edib.
Təqdimatda xəbərdarlıq edilib ki, rublla qaz ödənişləri Moskvaya qarşı sanksiyaların pozulmasını təşkil edə bilər.
Qeyd edək ki,martın 31-də Putin Rusiya qazının dost olmayan ölkələrlə ticarəti qaydalarını müəyyən edən fərman imzalayıb. Müvafiq olaraq, Rusiya qazını almaq üçün alıcıların rubl və xarici valyutada iki ayrı hesab açmalı olduğu, xarici valyutanın rubla çevrilməsindən məsul olan Qazprombankın bank olacağı və rubl ödənişlərini Qazproma köçürəcəyi bildirilib.