DÜNYA

08 Aprel

Bu ölkədə inflyasiya son 15 ilin ən yüksək səviyyəsinə çatıb

Macarıstanda inflyasiya seçkiqabağı rekord xərclər, valyutanın dəyər itirməsi və neft qiymətlərindəki artım kimi təsirlərlə mart ayında yüksəlməyə davam edib.

"Fins.az"xəbər verir ki, ölkədə istehlak qiymətləri indeksi mart ayında illik 8,5 faiz artımla 2007-ci ildən bəri ən böyük artımı qeydə alıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 8,8 faiz təşkil edib.

Əsas inflyasiya isə illik bazda 9,1% ilə təxminən 21 ilin ən sürətli artımını qeyd edib.

Rusiyanın Ukraynaya müdaxiləsi inflyasiya təzyiqlərini artırdı və bu, yüksəlişdə təsirli oldu. Fevralın 24-də başlayan işğaldan sonra Macarıstanın pul vahidi forint avro qarşısında 5%-ə yaxın ucuzlaşaraq ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə pul vahidi oldu.

İnflyasiyanın artmasında ölkədə seçki öncəsi rekord yüksək xərclər və tədarük zəncirindəki problemlər də təsirli olub. Macarıstan Mərkəzi Bankı dünən bir həftəlik əmanət faizini dəyişməyərək 6,15% səviyyəsində saxlayıb. Bu, Aİ-də ən yüksək faiz dərəcəsidir.