DÜNYA

08 Aprel

ABŞ-dan Rusiyanın bu dövlət şirkətinə və törəmə şirkətlərinə sanksiya

 ABŞ höküməti Rusiyanın "Birləşmiş Gəmiqayırma Korporasiyası" ASC-nin (USC) direktorlar şurasının səkkiz üzvünə, eləcə də onun 28 törəmə şirkətinə sanksiya tətbiq edib.

"Fins.az" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, “USC Rusiya gəmilərinin əksəriyyətini inkişaf etdirən və inşa edən Rusiya dövlət müəssisəsidir” və çox güman ki, Ukraynada hərbi xüsusi əməliyyatlarda istifadə oluna bilər.

Sanksiya siyahısına USC-nin Direktorlar Şurasının sədri Georgi Poltavçenko, İdarə Heyətinin sədri və baş icraçı direktoru Aleksey Raxmanov, habelə Direktorlar Şurasının üzvləri: Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin rəhbəri Andrey Lavrişşov, sədr müavini “Qazprom” ASC-nin İdarə Heyətinin üzvü Vitali Markelov, Rusiya Federasiyası Sənaye Komissiyasının Hərbi Kollegiyasının üzvü Vladimir Pospelov, Rusiya Federasiyasının Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazantsev, Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov və  “Rosneft Oil Company” PJSC-nin enerji, lokallaşdırma və innovasiyalar üzrə prezidenti Andrey Şişkin.