DÜNYA

07 Aprel

Macarıstan Rusiya qazı üçün rubla keçir-BAŞ NAZİRDƏN KRİTİK AÇIQLAMA

Avropa İttifaqı (Aİ) tərəfində Rusiya qazından imtina edə bilməyən Macarıstan, Rusiyanın "dost olmayan ölkələrə" təbii qaz satışında rubl ilə ödəniş şərtinə müsbət cavab verib.
"Fins.az"xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban dünən keçirdiyi mətbuat konfransında Rusiya qazının pulunu rublla ödəməyə hazır olduqlarını bildirib. Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto da təbii qazın Rusiyaya rublla ödənilməsi üçün texniki detalların işləndiyini açıqlayıb.

Rusiya qazının dost olmayan ölkələrə satışının rublla ödənilməsi üçün yeni sistem aprelin 1-dən qüvvəyə minib. Müvafiq olaraq, Rusiya qazını alan, “Qazprombank”da hesab açıb bu banka ödənişlər edən ölkələrdən sonra vəsait Moskva birjasında rubla çevriləcək.

Ukrayna Rusiya qazı və neftinə embarqo qoyulmasında israr etsə də, Aİ indiyədək kömür idxalına və digər məhsullara qadağalara diqqət yetirib.