DÜNYA

07 Aprel

Vahid Ələkbərovdan Rusiya baş nazirinin müavini Aleksandr Novaka kritik böhran məktubu

Rusiyada neft emalı, Qərbin sanksiyaları şəraitində, mazutun daşınma həcmində kəskin azalma ilə üzləşib

"Fins.az"xəbər verir ki, nəticədə anbarlarda bu yanacağın artıqlığı əmələ gəlib. Anbarların dolması neft emalı zavodlarının bağlanmasına və ya istehsalın azaldadılmasına səbəb ola bilər.

Məlumata görə,  “Lukoyl” şirkətinin prezidenti və ortaq sahibi Vahid Ələkbərov martın 25-də Rusiya baş nazirinin müavini Aleksandr Novaka bu barədə olan məktubunda bildirib.

Ələkbərov neft emalı zavodlarının bağlanmaması üçün mazut həcmlərinin müvəqqəti olaraq yanacaq kimi İstilik Elektrik Stansiyalarına (İES) yönləndirilməsini və ətraf mühitə mənfi təsirlərə görə yüksək cərimələrin müvəqqəti ləğvini təklif edir.

Enerji bazarının qaydalarına görə, istehsalçı şirkətlər mövcud olan ən ucuz yanacaq növündən istifadə etməlidirlər; bu, bir qayda olaraq qazdır. Mazutdan yalnız qaz təchizatında fasilələr yarandıqda və ya onun sərfiyyatının hədləri tükəndikdə istifadə olunur. Rusiya Energetika Nazirliyinin hesabatına görə, 2020-ci ildə mazut İES-lərin ümumi istehlakının 2%-ni təşkil edib.