DÜNYA

07 Aprel

İstanbulda ictimai nəqliyyatda gediş haqqı artırıldı

Türkiyənin İstanbul şəhərində ictimai nəqliyyat vasitələrində gediş haqları artırılıb.

“Fins.az” “BBC”yə istinadən xəbər verir ki, bu barədə qərar İstanbul Böyükşəhər Bələdiyyəsinin Nəqliyyat Koordinasiya Mərkəzinin keçirdiyi növbədənkənar iclasında verilib.

Beləliklə, İstanbulda elektron biletin qiyməti 5,48 lirədən 7,67 lirəyə, tam abunə haqqı isə 430 lirədən 602 lirəyə qədər artırılıb.

Bununla yanaşı, tələbələr üçün endirimli biletin qiyməti 2,67 lirədən 3,74 lirəyə artırılıb.

Taksilərdə də gediş haqqı artırılıb. Belə ki, taksometrin açılış haqqı 7 lirədən 9,8 lirəyə qədər artırılıb.

Qiymət artımı aprelin 9-dan tətbiq olunacaq.

Həmçinin, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) Baş İdarəsinin aprelin 5-i keçirilən 2-ci fövqəladə iclasında suyun 1 kubmetri üçün qiymət 5,56 lirədən 7,22 lirəyə artırılıb. 

Qeyd edək ki, hazırda 1 Türk lirəsi 0, 1153 manat təşkil edir.