DÜNYA

07 Aprel

Twitter-dən Rusiya hökumətinin hesablarına yeni məhdudiyyət

Sosial media platforması Twitter, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, Rusiya hökumətinə aid 300-dən çox rəsmi hesabın məzmununu məhdudlaşdırıb.

"Fins.az"xəbər verir ki,Twitter hesabların daha vaxt qrafiklərində, bildirişlərdə və ya saytda başqa yerlərdə tövsiyə edilməyəcəyini açıqlayıb.

Twitter, Vladimir Putin də daxil olmaqla, Rusiya hökumətinə bağlı 300 hesaba yeni məhdudiyyətlər qoyub. Twitter-in bu addımı ilə Rusiya hökumətinə bağlı hesablar artıq Twitter tərəfindən tövsiyə edilməyəcək və bu hesablardan bildirişlər göndərilməyəcək.

300 hesab arasında Rusiya hökumətində çalışan şəxslərin hesabları, nazirlik və səfirlik hesabları, eləcə də yüksək səviyyəli Rusiya məmurlarının hesabları var. Sözügedən hesablar daha əvvəl Ukraynanın işğalı ilə bağlı dezinformasiya yaymaqda günahlandırılsa da, Twitter bu hesablara heç bir məhdudiyyət qoymayıb.

"Müharibə zamanı internetə çıxışı məhdudlaşdıran istənilən ölkəyə qarşı məhdudiyyətlər gündəmdə olacaq", - "Twitter"in açıqlamasında deyilir.

Qeyd edək ki, Putinin 3,6 milyon və 1,7 milyon izləyicisi olan 2 ayrı Twitter hesabı var.