DÜNYA

07 Aprel

Britaniya da Rusiyaya yeni sanksiyaları açıqladı

Böyük Britaniya Rusiyanın ən böyük bankı olan “Sberbank”ın bütün aktivlərini dondurmaq və Britaniya firmalarının Rusiyadakı bütün yeni xarici investisiyalarını qadağan etmək qərarına gəlib.

“Fins.az” xəbər verir ki, Böyük Britaniya Rusiyanın “Sberbank” və “Kredit Bank of Moscow” banklarının aktivlərini dondurub.

 

Ölkə 2022-ci ilin sonuna qədər Rusiyadan kömür və neft idxalına son qoyacağını, “Putini ac qloymaq” üçün nəzərdə tutulan sanksiyaları gücləndirəcəyini açıqlayıb.

İngiltərə Rusiyaya bütün yeni xarici investisiyaları qadağan edib