DÜNYA

06 Aprel

"Amazon" yüksəksürətli peyk interneti layihəsini işə salacaq

ABŞ-ın "Amazon" şirkəti özünün yüksəksürətli peyk interneti layihəsinin işə salınması üzərində işləyir.

Dünyanın ən zəngin şəxslərindən biri Ceff Bezosa məxsus şirkət bu məqsədlə üç kosmik şirkətlə müqavilələr imzalayıb.

"Project Kuiper" adı verilən layihəyə əsasən, beş il ərzində 3 200-dən çox peykin buraxılışı nəzərdə tutulur. Layihədə "United Launch Alliance", "Arianespace" və "Blue Origin" kosmik şirkətləri iştirak edəcək. Layihənin ümumi dəyəri 10 milyard dollar məbləğində qiymətləndirilir.

"Project Kuiper" layihəsinin "SpaceX"-in "Starlink" layihəsinə rəqib olacağı gözlənilir. "SpaceX" 2019-cu ildən bugünədək 2 mindən çox peyki fəzaya buraxıb. Ümumilikdə, 11 min peykin buraxılması planlaşdırılır.

© trend