Martın 31-də başa çatan 2021- 2022-ci maliyyə ilində Hindistanın xarici ticarətinin illik həcmi ilk dəfə olaraq bir trilyon dolları ötüb. Bu bəyanatla ölkənin ticarət və sənaye naziri Piyuş Qoyal çıxış edib. O, həmçinin ölkənin ticarət balansında kəsirin 192 milyard dollar təşkil etdiyini bildirib. Xəbəri “The Sun” verib.