DÜNYA

06 Aprel

NASA nümayəndəsinin açıqlaması

ABŞ-ın Kosmik Tədqiqatlar Agentliyi (NASA) Rusiya-Ukraynaya müharibəsinə görə, ölkələr arasında artan gərginlik fonunda Rusiyadakı əməkdaşlarının sayını ixtisar edib. Bunu NASA-nın nümayəndəsi Pem Melroy açıqlayıb. Qeyd edək ki, bir müddət öncə “Roskosmos” Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə, ABŞ və Avropa İttifaqının kosmik agentlikləri ilə əməkdaşlığı dayandırmaq, o cümlədən Beynəlxalq Kosmik Stansiyada əməkdaşlığı kəsmək istədiyini bildirib. Məlumatı “Ukrinform” yayıb.