DÜNYA

06 Aprel

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlayır

Ağ Evin sözçüsü Cen Psaki Kiyev yaxınlığındakı Buça şəhərində mülki şəxslərin cəsədlərinin tapılmasından sonra aprelin 6-da Avropa ilə eyni vaxtda Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları elan edəcəklərini açıqlayıb.
"Fins.az"xəbər verir ki,Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Məlumata görə,ABŞ-ın aprelin 6-da Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyi ilə bağlı mətbuatda yer alan xəbəri təsdiqləyən Psaki, "Bu sanksiyalar Rusiya dövlət rəsmiləri, ailə üzvləri, Rusiya dövlətinə bağlı qurum və təşkilatları hədəf alacaq",-deyə bildirib.

Bu sanksiyaları əvvəlki sanksiyalarda olduğu kimi avropalı müttəfiqləri ilə də əməkdaşlıq edərək eyni vaxtda tətbiq edəcəklərinə diqqəti cəlb edən Psaki, sanksiyalar paketinin Rusiyaya qarşı investisiya məhdudiyyətlərini ehtiva edəcəyini əlavə edib.