ABŞ Ticarət Nümayəndəsi Katherine Tai, Çin ilə ticarət əlaqələrində fikir ayrılığına düşməkdənsə, dünyanın 2 ən böyük iqtisadiyyatı arasında əlaqələri yenidən qurmaq istədiklərini bildirib.
"Fins.az"xəbər verir ki, Sinqapurda Bloomberg Televiziyasına müsahibə verən ABŞ-Çin münasibətlərinin pozulmaması ilə bağlı suala ABŞ-ın Ticarət Nümayəndəsi Ketrin Tai belə deyib: "Bayden hökumətinin siyasəti qlobal iqtisadiyyatı yenidən yoluna qoymağa yönəlib. Bunlara şəffaflığın və nəzarətin artırılması və təchizat zəncirlərinin şaxələndirilməsi daxildir. Problemlər var. Bizim etməyə çalışdığımız şey Çinlə ticarəti dayandırmaq və ya “ayrılma” tələb edən ticarəti dəyişmək deyil”. cavabını verib
Tai qeyd edib ki, onlar daha çox islahatlara və ticarətdə daha strateji yanaşmalara diqqət yetirirlər.Tai, keçən həftə Konqresdəki çıxışında Çinlə danışıqların olduqca çətin olduğunu ifadə edərək, Çinin rəqabət əleyhinə tətbiqləri qarşısında ABŞ-ın yeni vasitələrə ehtiyacı olduğunu ifadə edib.
Tai qeyd edib ki, Çinin təcrübələrini dəyişməyə çalışmaq əvəzinə, diqqət ABŞ-ın istehsal sənayesinin yenidən qurulmasına və investisiyaların artırılmasına yönəldilməlidir.