DÜNYA

05 Aprel

Rusiyadan \"dost olmayan\" ölkələrə qarşı viza tədbiri

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı (Aİ) ölkələrinin “dost olmayan” hərəkətlərinə qarşı viza ilə bağlı tədbirlərin görülməsi haqqında fərman imzalayıb.
"Fins.az"" xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qərara əsasən, Rusiya Aİ ölkələri, həmçinin Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsini asanlaşdıran sazişlərin bəzi maddələrini dayandırıb.

Sözügedən qərar Aİ ölkələrindən Rusiyaya gələn rəsmi nümayəndələr və jurnalistlər üçün keçərli olacaq.Diplomatik pasport sahiblərinin də Rusiyaya vizasız gediş-gəlişi qadağan ediləcək.

Bundan əlavə, Putin imzaladığı fərmanda Rusiya Xarici İşlər Nazirliyinə “düşmənçilik edən” əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişini məhdudlaşdırmağı tapşırıb.