ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin “müharibə cinayətləri”nə görə mühakimə olunmasını istəyib və Kiyev vilayətinin Buça şəhərində mülki şəxslərin cəsədlərinin tapılmasından sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
"Fins.az"xəbər verir ki, Bayden Delaver ştatından Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlayıb.
Bayden daha əvvəl Putini "müharibə cinayətkarı" adlandırdığını və bu barədə haqlı olduğunu bildirərək "Ukraynaya döyüşmək üçün lazım olan silahları verməliyik. Eyni zamanda, müharibə cinayətləri üzrə məhkəmə prosesi üçün bütün detalları toplamaq lazımdır ( Putin üçün). Bu adam qəddardır,"-deyə bildirib.
Jurnalistlər Buçada baş verənlərin “soyqırım” olduğunu düşünüb-düşünmədiyini soruşduqda Bayden “Xeyr, məncə, bu, müharibə cinayətidir” deyə cavab verib.