DÜNYA

04 Aprel

Şolts Rusiyaya qarşı yeni sanksiyalar vəd edib

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklər.

Fins. az-ın məlumatına görə, bunu Almaniyanın kansleri Olaf Şolts bu gün Berlində deyib.

"Yaxın günlərdə biz yeni tədbirlər görəcəyik", - deyə kansler bildirib.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını bildirib.