Ukrayna iddia edib ki, Aİ-nin Rusiyaya qarşı planlaşdırdığı beşinci sanksiyalar paketi indiki halda kifayət deyil.
"Fins.az" xəbər verir ki,Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bəyan edib ki, Aİ-nin Rusiyaya qarşı planlaşdırdığı beşinci sanksiyalar paketi indiki formada kifayət deyil.
Tvitter hesabından video müraciət yayımlayan Kuleba, Avropa Birliyinin son həftələrdə Rusiyaya qarşı planlaşdırdığı beşinci sanksiyalar paketi üzərində çalışdığını xatırladaraq, “Beşinci paket Rusiyanın təcavüzünə və Rusiya cinayətinə indiki formada adekvat cavab deyil,"-deyə qeyd edib.
Kuleba, planlaşdırılan paketin nələri ehtiva etdiyini bildiyini və olduğu kimi qəbul olunarsa, ictimaiyyət qarşısında çıxış etməli və mövcud vəziyyətə qeyri-mütənasib reaksiyanı obyektiv qiymətləndirməli olduqlarını vurğulayıb.
AB-nin Rusiyaya qarşı sanksiyalarının artırılması lazım olduğunu irəli sürən Kuleba, Aİ-nin beşinci sanksiya paketinə daha çox Rusiya bankının SWIFT-dən kəsilməsini, Rusiya nefti, qazı və kömürünə embarqo tətbiqi tədbirlərini və AB limanlarının Rusiya gəmiləri üçün bağlanmasını ehtiva etdiyini bildirib. .