Rusiya təbii qazdan sonra digər məhsullar üçün də rublla ödəniş sisteminə keçməyə hazırlaşır.
"Fins.az"xəbər verir ki, Kreml rəmisi Dmitri Peskov bildirib ki, Rusiya təbii qaz ixracatında tətbiq edilən rubl ödəniş sisteminin digər ixrac məhsullarında da tətbiq olunacağına əmindir.
Peskov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamalarında Rusiyaya qarşı sanksiyalar və Rusiya qazının ixracı üçün yeni tətbiq edilən rubl ödəmə sistemi ilə bağlı qiymətləndirmələr edib.
Rusiyaya qarşı tarixin ən əhatəli sanksiyalarının həyata keçirildiyinə diqqət çəkən Peskov, “Bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın aşınmasıdır və aşınma prosesi sürətlənir. Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”.
Rusiyanın təbii qaz ixracatından əldə edilən gəlirləri “ələ keçirməmək” üçün rubl ödəmə sisteminə keçdiklərinə diqqət çəkən Peskov, “Bu sistemin gələcəkdə digər mal qruplarına da tətbiq olunacağından şübhəm yoxdur. Xarici ticarət əlaqələrimizdə daha çox yer tutacaq”, -ifadələrdən istifadə edib.