DÜNYA

04 Aprel

Əfqanıstan: xaşxaş yenidən qadağan edildi

4 aprel. Fins.az – Rusiyada terrorçu kimi tanınan Taliban hərəkatının ali lideri bütün Əfqanıstanda xaşxaş becərilməsini qadağan edib. Qanunu pozanlar şəriət qanunlarına əsasən cəzalandırılacaq və bütün məhsul məhv ediləcək.

Əfqanıstan dünya üzrə xaşxaşdan  istehsal olunan və ekstraktı heroinin hazırlanmasında istifadə olunan yuxu həblərinin 90 faizə qədərini təmin edir.

Xaşxaş tarlasının işçiləri öz fəaliyyətlərini belə şərh edirlər:

"Digər bölgələrlə müqayisədə Helmand əyalətində ən çox xaşxaş yetişdirilir, ona görə də ölkənin hər yerindən, eləcə də Pakistandan olan işçilər ailələrini dolandırmaq, pul qazanmaq üçün buraya gəlirlər. Xalqımız yoxsulluqdan əziyyət çəkir, Əfqanıstanda iqtisadi vəziyyət belədir. Hər gün pisləşir”.

"Pullar narkotik alverçilərinin cibinə gedir, zəhmətimizlə istehsal etdiyimizin cəmi dörddə birini alırıq. Qazancımız nə olursa olsun, əkin mövsümü başlamamış yığılan borcları ödəməyə gedir".

Fundamentalist rejim olan Taliban, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən devrilməsindən aylar əvvəl, 2000-ci ildə xaşxaşı artıq qadağan etmişdi.

BMT-nin 2021-ci ildə açıqladığı hesabata görə, Əfqanıstanda tiryəkdən əldə olunan gəlir 2 milyard dolları keçib.