DÜNYA

04 Aprel

Alman sənayeçiləri iqtisadiyyat üçün \"qaranlıq perspektiv\" söyləyirlər

Alman sənayeçiləri Ukraynadakı vəziyyətlə əlaqədar iqtisadiyyatın “qaranlıq perspektivləri” barədə proqnozlar verirlər

4 aprel. Fins.az – Alman Sənaye Federal İttifaqı (BDI) Ukraynadakı vəziyyət və artan enerji qiymətləri fonunda iqtisadiyyat üçün "qaranlıq perspektiv" barədə xəbərdarlıq edir. Söhbət Almaniyanın sərmayəsi, ixracı və əhalinin alıcılıq qabiliyyətinin nəticələrindən gedir.

Birliyin prezidenti Ziqfrid Russvurm “dpa” agentliyinə deyib: "Almaniya üçün iqtisadi perspektiv çox qaranlıq görünür".

Onun sözlərinə görə, koronavirusla mübarizə tədbirlərinin yumşaldılması bu yaz gözlənilən iqtisadi artıma səbəb olmayacaq. “BDİ”hesab edir ki, Ukrayna hadisələrinin nəticələri qlobal iqtisadi artımı və avrozonada iqtisadi canlanmanı ləngidir. Bundan əlavə, sanksiyalar və qlobal iqtisadi artımın yavaşlaması Almaniyanın ixracına mənfi təsir göstərəcək. Almaniyanın maşın və digər avadanlıqlara sərmayəsinin 2022-ci ildə dayanacağı ehtimal edilir.

Birlikdən verilən məlumata görə, vəziyyətin əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcəyi ilə bağlı hələlik dəqiq yekun nəticə çıxarmaq mümkün deyil. Bununla belə, enerji qiymətlərinin artması və onu müşayiət edən inflyasiya alıcılıq qabiliyyətinin aşağadüşməsinə səbəb olur. Birliyə görə, bu il şəxsi istehlak xərcləri bir qədər artacaq.

Russvurm Almaniyanın hakim koalisiyasını iqtisadiyyatı və alman bizneslərini qorumaq və "böhranı yumşaltmaq" üçün addımlar atmağa çağırıb. O qeyd edib ki, hökumət enerji qiymətlərinin artması fonunda “özlərinin təqsiri olmadan” çətinliklərlə üzləşən şirkətlərə kömək etmək üçün müvəqqəti dəstək tədbirləri hazırlamalıdır. Agentliyin qeyd etdiyi kimi, təchizat problemləri və böyük qeyri-müəyyənlik səbəbindən “BDI” cari iqtisadi proqnozu dərc etməyib.

Almaniyanın İqtisadi İnkişaf Şurası daha əvvəl Ukraynadakı vəziyyətə görə 2022-ci il üçün inkişaf proqnozunu aşağı salmışdı, ÜDM-in artımı cəmi 1,8 faiz ola bilər, keçən ilin noyabrında isə ekspertlər cari il üçün 4,6 faiz artım proqnozlaşdırmışdılar.