DÜNYA

04 Aprel

ABŞ həftə ərzində Rusiyadan neft tədarükünü artırıb

ABŞ son bir həftə ərzində Rusiyadan neft tədarükünü 43 faiz artıraraq gündəlik 100 min barrelə çatdırıb.

4 aprel. Fins.az – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib ki, son bir həftə ərzində ABŞ Rusiyadan neft tədarükünü 43 faiz artıraraq gündəlik 100 min barrelə çatdırıb.

“Birləşmiş Ştatlar avropalıları anti-Rusiya sanksiyaları tətbiq etməyə məcbur edir, halbuki onlar özləri nəinki Rusiyadan neft idxal etməyə davam edirlər, həm də son bir həftə ərzində “qara qızıl”ın tədarükünü 43 faiz artıraraq, gündəlik 100 min barrelə çatdırıblar! Bundan əlavə, Vaşinqton öz şirkətlərinə Rusiyadan mineral gübrə ixrac etməyə icazə verib, onları zəruri mallar kimi tanıyıb”, - deyə Popov bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini hesab edir ki, Avropa ABŞ-dan başqa oxşar “sürprizlər” gözləməlidir. O vurğulayıb ki, “Vaşinqton hələlik avropalıların oxşar tədbirlər görməsinə icazə vermir”.