3 aprel. Fins.az – Litva Rusiya qazından tamamilə imtina etdi. Bunu prezident Qitanas Nauseda deyib.
"Bu aydan etibarən Litvada daha Rusiya qazı olmayacaq. İllər əvvəl mənim ölkəm bu gün işğalçı ilə enerji əlaqələrini ağrısız şəkildə pozmağa imkan verən qərarlar qəbul etdi. Əgər biz bunu edə bilsək, Avropanın qalan hissəsi də edə bilər!", deyə Litva prezidenti özünün Twitter hesabında yazır.
Bundan əvvəl Avropa Komissiyası istehlak edilə ildə 155 milyard kubmetr Rusiya qazını əvəz etmək üçün fövqəladə plan hazırlayıb. Tədbirlər sırasında radiatorların və kondisionerlərin istifadəsinin azaldılması (bu, təxminən 14 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək), biometanın təşviqi, həmçinin külək və günəş enerjisi layihələri (daha 25 milyard kubmetr qənaət) daxildir.
P.S. Burda çox maraqlı bir sualmeydana çıxır: Deyək ki, 39-40 milyard, lap 55 milyard kbmetr qazı bu yolla əvəz etmək mükün oldu, bəs yerdə qalan 100 milyard kubmetri görəsən necə və nə ilə əvəz etmək planlaşdırılır?”