DÜNYA

02 Aprel

Kiyev Rusiyanın 400 milyard dollarlıq aktivlərinin Ukraynaya veriləcəyinə ümid edir

2 mart. Fins.az – Kiyev Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynanın bərpası fonunda 400 milyard dollar alacağını gözləyir. Bunu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko “Ukrayna 24” telekanalına müsahibəsində bildirib.

Bundan əvvəl Avropa komissarı Didye Reynders bildirmişdi ki, sanksiya tətbiq edilən rusiyalı şəxslərin əmlakı müsadirə və ya həbs olunarsa, bu vəsaitlər Ukraynanı bərpa etmək və ya ukraynalılara təzminat ödəmək üçün istifadə oluna bilər.

Ustenkonun sözlərinə görə, fondun vəsaitlərinin mənbəyi aşağıdakılar ola bilər:

Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri (300 milyard dollar); Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin yaxın ətrafının aktivləri (100 milyard dollardan çox).

O, ahəmçinin bildirib ki, söhbət həm artıq dondurulmuş aktivlərdən, həm də bütün dünyada hələ də həbs olunacaq aktivlərdən gedir.

Ustenkonun sözlərinə görə, fond Qərb tərəfdaşlarının əlavə vəsaitləri də daxil olmaqla, ümumilikdə 400-500 milyard dollarla doldurula bilər.