İlon Mask: Bəşəriyyəti doğumun aşağı olması, süni intellekt və dini ekstremizm təhdid edir
2 mart. Fins.az - Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “Axel Springer” şirkətinin baş direktoru Mattias Döpfnerə müsahibəsində, Yer kürəsində bəşər sivilizasiyasının sona çatmasına səbəb ola biləcək üç təhlükə gördüyünü bildirib..
O, planetdə doğumun azalmasın birinci səbəb adlandırır. Özü səkkiz uşaq atası olan milyarder "Doğum vəziyyəti haqqında danışmağa çox vaxt sərf etdim - bu, bəşər sivilizasiyasının gələcəyi üçün ən böyük təhlükə ola bilər" , – deyə Mask bildirib.
Mask həmçinin insan varlığına qarşı daha iki başqa təhlükədən danışıb: süni intellektin inkişafının “səhv gedəcəyi” qorxusu və “dini ekstremizmin” yüksəlişi.