DÜNYA

02 Aprel

ABŞ iqtisadiyyatını yalnız Rusiyaya qarşı sanksiyaların ləğvi xilas edəcək

 

“The Hill”: Ağ Ev ABŞ-ın tənəzzülünün qarşısını almaq üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir

2 aprel. Fins.az –  Birləşmiş Ştatlar yüksək enerji qiymətləri və ölkədə artan inflyasiya ilə bağlı tənəzzüllə üzləşmək riski altındadır. “The Hill” yazır ki, Amerika iqtisadiyyatını xilas etməyin yeganə yolu Rusiyaya qarşı sanksiyaları ləğv etməkdir.

Məqalə müəllifinin fikrincə, Vaşinqton güclü iqtisadi tənəzzülün qarşısını almaq üçün yanacaq tədarükünü diversifikasiya etməlidir.

“Rusiyaya qarşı sanksiyaların ləğvi Ukraynadakı vəziyyətin sonunu sürətləndirəcək və beynəlxalq enerji bazarlarının sabitləşməsinə kömək edəcək”, - deyə nəşr yazır.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Rusiyadan neft, LPG və kömür idxalına qadağa qoyub. Böyük Britaniyanın ardınca 2022-ci ilin sonuna kimi Rusiya Federasiyasından neft və neft məhsulları idxalını dayandıracağını bəyan edib. Ümumiyyətlə, avropalı siyasətçilər Rusiyadan neftdən tamamilə imtina etməyə hələ hazır olmadıqlarını bildirirlər.