DÜNYA

02 Aprel

Avrozonada inflyasiya ardıcıl beşinci ay rekord həddə çatıb

2 aprel. Fins.az –  Mart ayında valyuta olaraq avrodan istifadə edən 19 ölkədə inflyasiya 7,5 faizə çatıb. Daha çox bahalaşan enerji daşıyıcılarının qiymətləridir. Məlumatı “Eurostat” yayır.

“Associated Press”in məlumatına görə, bu, avronun dövriyyəyə buraxılmasından sonra ən yüksək qiymətlərdir. Agentlik bildirir ki, avro zonasında istehlak qiymətlərinin artımı ardıcıl beşinci aydır ki, rekord həddə çatıb. Fevralda inflyasiya 5,9 faiz təşkil edib.

Martda ən çox qiymət artımı enerji məhsulları (44,7 faiz, fevralda - 32 faiz), ərzaq, alkoqol və tütün (fevralda 5-ə qarşı 4,2 faiz), xidmətlər (fevralda 2,7 faizə qarşı 2,5 faiz) olub.

Avrozona ölkələri arasında ən yüksək inflyasiya Litvada - 15,6 faiz, ən aşağı inflyasiya isə 4,6 faiz Maltada olub.

Avropa Mərkəzi Bankının inflyasiya hədəfi 2 faiz-dir.