DÜNYA

02 Aprel

İbrahim Kalın: Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

2 aprel. Fins.az –  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın bəyan edib ki, ölkəsi Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq, Ankara artıq Montrö Konvensiyasından istifadə edərək öz mövqeyini bildirib.

"Biz artıq öz mövqeyimizi bildirmişik ki, sanksiyalara qoşulmayacağıq. Biz Montrö Konvensiyasının bizə verdiyi hüquqlardan istifadə etdik, döyüş gəmiləri boğazlara buraxılmır. Yəni, döyüş gəmiləri müharibədən uzaqlaşır, bu, bizim qəti mövqeyimizdir və münaqişə tərəfləri bunu anlaşıqlı qəbul edirlər”, – deyə, Kalın “TRT Haber” kanalına  bildirib.

Montrö Konvensiyası 1936-cı ildə qəbul edilmişdir. O, ticarət gəmiləri üçün həm sülh, həm də müharibə dövründə bu boğazlardan keçid azadlığını qoruyur, lakin rejimlər hər kəs üçün fərqlidir. Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə müddətinə məhdudlaşdırır. Fövqəladə vəziyyətlərdə Türkiyənin Boğaziçi və Çanaqqala boğazlarından hərbi gəmilərin keçməsini qadağan etmək və ya məhdudlaşdırmaq hüququ var.

Qərb ölkələri Rusiya Federasiyasının Ukraynanın denasifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatına cavab olaraq çoxsaylı sanksiyalar tətbiq edib. Bir sıra şirkətlər Rusiya bazarından çəkildiklərini və ölkədəki istehsal müəssisələrini bağladıqlarını bəyan ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya ilə işləməkdən imtina edən Qərb şirkətləri bunu böyük təzyiq altında ediblər, lakin Rusiya Qərbin onun üçün yaratdığı iqtisadiyyatla bağlı bütün problemləri həll edəcək.